Ötən mövsüm “Neftçi”nin heyətində vurduğu 26 qolla Premyer-Liqanın bombardiri olan Nikolas Kanales karyerasını vətənində davam etdiərcək. O, dünən “Kolo Kolo” ilə rəsmi müqavilə bağlayıb.
“Monumental” stadionunda baş tutan təqdimat mərasimində çıxış edən forvard bunları bildirib: “Karyeram baxımından böyük addım atdım. Klub rəhbərliyi və baş məşqçi mənə etimad göstərdi. Onların etimadını doğrultmağa çalışacam. Tezliklə formamı bərpa edib, qollar vurmağa başlayacağıma inanıram”.