Ölkə futbolu

Kapitandan əzəli rəqibin düşərgəsinə göndərmə: “Neftçi”ni oyundan sonra görərik”

"Rahat oyun olmayacaq. Bu oyuna ciddi hazırlaşmışıq. Bizi yalnız qələbə qane edir. Başqa nəticə bizə sərf etmir. Əgər 14 xallıq fərqi aradan qaldırmaq istəyiriksə liderləri məğlub etməliyik. Onların belə iddialı danışmasına fikir vermirik. Oyundan sonra görərik".

Bu sözləri idmanxeber.com-a "Xəzər Lənkəran"ın aparıcı üzvü Rahid Əmirquliyev deyib.

"Ağ-yaşıllar"ın kapitanı "Neftçi" ilə baş tutacaq "Böyük oyun" haqda fikirlərini açıqlayarkən, daha sonra azarkeşlərə səslənib:

"Azarkeşlərimiz gəlsin stadiona, bizi dəstəkləsinlər, İnşallah onları sevindirəcəyik. Əlimizdən gələni edəcəyik ki, 3 xal qazanıb, həm turnir cədvəlindəki vəziyyətimizi düzəldək, həm də fanatlarımızı sevindirək".


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43