Misli Premyer Liqasının 7-ci turunda keçirilən “Karvan-Yevlax” – “Sabah” oyununda xoşagəlməz hadisə yaşanıb.
Matçın son dəqiqələrində “Sabah”ın hücumçusu Con-Ley Mikels ağır zədə alaraq meydanda qalıb.
Epizod “Karvan-Yevlax”ın qapıçısı Kamran İbrahimovla toqquşmadan sonra baş verib. Almaniyalı futbolçu yerə yıxıldıqdan sonra tibbi personal dərhal müdaxilə edib.
İlkin yardım göstərildikdən sonra Mikels təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

