Kateqoriyasız

Kaxaber Sxadadze 200-ü keçdi, 250-yə yaxınlaşdı

Topaz Premyer Liqasının XI turunun “Sumqayıt”la qarşılaşması “İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin Azərbaycan karyerasında 250-ci matç olacaq.

İdmanxeber.com-un məlumatına görə, ölkəmizdə əvvəl “Standard” sonra “İnter”i çalışdıran gürcüstanlı mütəxəssis bu iki komandanı üst-üstə 249 matça çıxarıb.

Bu qarşılaşmalarda 127 qələbəyə sevinən baş məşqçi 68 heç-heçə görüb və 59 məğlubiyyətə üzülüb. Onun yetirmələri 334 qol vurub, 199-nu buraxıb. 2009-cu ilin yayından “İnter”də çalışan Sxadadzenin bu matçlarından 219-u indiki postunda baş tutub. Bakılılar onun rəhbərliyi altında 111 qələbə qazanıb, 62 heç-heçə edib və 46 dəfə uduzub. Bu oyunların top fərqi 301-166-dır. 2008-ci ildə “Standard”da qazanılan nəticələr isə 30 oyunda 11 qələbə, 6 heç-heçə və 13 məğlubiyyətdən ibarətdir. Burada Sxadadze 33 vurulan və eyni sayda buraxılan qola şahidlik edib.

Qeyd edək ki, gürcüstanlı mütəxəssis X turun “Qarabağ”la görüşündə 200-cü Premyer Liqa matçının iştirakçısı oldu. Bunların 174-ü “İnter”, 26-sı “Standard”ın baş məşqçisi kimi baş tutub. Çempionatda 97 qələbə, 54 heç-heçə və 49 məğlubiyyətin həyəcanını yaşayan Sxadadzenin yetirmələri 252 qol vurub, 159-nu buraxıb. Onun Azərbaycanda iş başında olduğu digər 49 oyundan 27-si ölkə kuboku, 6-sı Birlik kuboku, 16-sı avrokubok matçıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43