Kateqoriyasız

“Keyfiyyətli komandaya qarşı oynayacağıq” – Bəhlul Mustafazadə

“Sabahkı oyunun ciddiyyətinin fərqindəyik”.

İdmanxeber.az-ın məlumatına görə, bunu “Qarabağ”ın baş futbolçusu Bəhlul Mustafazadə Bakıda Almaniya “Frayburq”una qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan öncə mətbuat konfransında deyib.

25 yaşlı oyunçu azarkeşləri sevindirmək üçün əllərindən gələni edəcəklərini bildirib:

“Sabahkı oyunun mahiyyətini dərk edirik. Keyfiyyətli komandaya qarşı oynayacağıq. Sabah yaxşı mübarizə aparmaq və azarkeşləri sevindirmək istəyirik”.

Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43