Kateqoriyasız

Klub prezidenti açıqladı: “Onun “Qarabağ”a transferi tamamlanıb”

“Kevin Medinanın “Qarabağ”a transferi tamamlanıb”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Portuqaliyanın “Şaveş” klubunun prezidenti Fransisku Joze Karvalyu açıqlamasında deyib.

O, bildirib ki, beynəlxalq uçuşlar bərpa edildiyi anda Medina tibbi baxışdan keçəcək:

“Yalnız tibbi müayinədən keçmək lazımdır. Ancaq beynəlxalq uçuşlar olmadığı üçün bu məsələ qalıb”.

Qeyd edək ki,  2019-cu ildən “Şaveş”də oynayan K.Medina bu mövsüm 11 oyunda meydana çıxıb. Onun”Qarabağ”la 3 illik müqavilə imzalayacağı gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43