İdman

Klublar Komitəsinə yeni sədr nə vaxt seçiləcək?

Sabah AFFA Klublar Komitəsinin (KK) növbəti iclası keçiriləcək.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, “Bulvar Otel”dəki görüş saat 11:00-da başlayacaq. 2018-ci ilin ilk iclasında komitəyə yeni sədr seçiləcək. 

Qeyd edək ki, KK-ya son olaraq ötən ay “Neftçi”nin prezidenti vəzifəsindən ayrılan Orxan Hüseynzadə başçılıq edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43