Kateqoriyasız

Kolumbiya Uruqvayı məğlub etdi, 1/4 finalda Braziliyaya rəqib oldu – VİDEO

Bu gün Dünya çempionatında 1/8 final mərhələsinə start verilib.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə keçiriləcək iki oyunla 1/4  finalçılardan ikisinin adına aydınlıq gələcək.

Artıq ilk oyun başa çatıb. Az öncə bitən matçda Braziliya millisi penaltilərdə Çiliyə qalib gələrək, 1/4 finala vəsiqə qazanıb.

Günün digər matçında isə Uruqvay Kolumbiyaya məğlub olaraq mundialdakı iştirakını dayandırıb.

Qeyd edək ki, Kolumbiya millisi 1/4 finalda Braziliya ilə qarşılaşacaq. Bu qarşılaşma iyulun 4-də, saat 01:00-da başlayacaq. 

28 İyun

1/8 final

21:00. Braziliya – Çili – 1:1 (penaltilər seriyası – 3:2)

Qollar: David Luis, 18, Aleksis Sançes, 32

Baş hakim: Hovard Uebb

Braziliya: + – + – +

Çili: – – + + –

01:00. Kolumbiya – Uruqvay 2:0

Qollar: Ceyms Rodriges, 28, 50

Baş hakim: Byorn Kuypers


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43