Dünya futbolu

“Barselona” almaniyalı məşqçi gətirir

“Barselona”nın idman direktoru Deko komandaya baş məşqçi axtarışındadır

İdmanxeber.az-ın məlumatına görə, klub rəsmisi Hans Flik və onun agenti Pini Zahavi ilə görüşmək üçün Londona uçub. Xavi “Barselona”nın baş məşqçi postunu tərk edəcəyi təqdirdə almaniyalı namizədlərdən biridir.

59 yaşlı mütəxəssis 2021-ci ilin avqustundan 2023-cü ilin sentyabrına qədər çalışdığı Almaniya millisindən ayrıldıqdan sonra işsizdir. 

Bundan əvvəl Flik “Bavariya”ya rəhbərlik edirdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43