Ölkə futbolu

“Komanda oynamayanda, xarakter göstərməyəndə necə qələbə qazana bilər?”

“Çempionat bizə hər şeyin tez dəyişə biləcəyini göstərdi. Təəssüf ki, bu gün 9-cu sıradayıq. Birinci dövrə yaxşı yerlərdə olsaq da, sona qədər bunu davam etdirə bilmədik. Futbolda belə hallar olur. Bəzən sadəcə alınmır. Bu vəziyətdən çıxmaq istəsək də, çox çətindi”.

Bu sözləri İdmanxeber.az saytına “Araz Naxçıvan”ın futbolçusu Orxan Əliyev komandanın son turlardakı çıxışı barədə danışarkən deyib. Təcrübəli futbolçu Naxçıvan təmsilçisinin oyunları barədə çıxan iddialara da aydınlıq gətirib.

Əliyev komandanın hər uğursuz nəticəsindən sonra futbolçuların bilərəkdən oynamadığı və ya “Araz Naxçıvan” adının daima oyun alqı-satqısında hallanması iddialarını belə şərh edib:

“Açığı, nəticə olmayanda çox şey danışılır. Nəyin doğru olduğunu biz bilmərik. Komanda oynamayanda, xarakter göstərməyəndə necə qələbə qazana bilər? Nəticə olmadığı üçün haqqımızda belə iddialar çıxır”.

 Mövsüm sonu klubu ilə müqaviləsi başa çatacaq 29 yaşlı hücumçu gələcək karyerasıyla bağlı da danışıb:

Bəzi klublardan təkliflərim var. Amma hazırda yalnız “Araz Naxçıvan” barədə düşünürəm. Hələ mövsüm bitməyib, qarşıda bir oyunumuz var. Ondan sonra hər şey dəqiq bilinəcək”.

Həsən Quluzadə

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43