Dünya futbolu

Fransa klubu gürcü hücumçunu alır

“Ayaks”ın hücumçusu Georges Mikautadze “Monako”nun maraq dairəsindədi.

İdmanxeber.az-ın məlumatına görə, rəhbərlik 23 yaşlı gürcü futbolçunun nümayəndələri ilə danışıq aparır. Amsterdam klubu futbolçu üçün 15-20 milyon avro tələb edə bilər.

Mikautadze Lionda anadan olub. O, karyerasının böyük hissəsini “Mets”də keçirib. 2023-cü ilin yayında hücumçu “Ayaks” tərəfindən 16 milyon avroya alınıb və 6 ay sonra klub onu yenidən “Mets”ə icarəyə verib.

2023/24 mövsümündə Mikautadze Fransa çempionatında 20 oyun keçirib, 13 qol vurub və 4 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43