Kateqoriyasız

“Komanda “Qəbələ” ilə döyüşə hazırdır” – “Araz Naxçıvan”ın baş məşqçisi

“Araz Naxçıvan”nın baş məşqçisi Azər Bağırovun idmanxeber.az saytına müsahibəsi

-Ölkə kubokunda rəqibiniz “Qəbələ” oldu. Bunu necə dəyərləndirirsiniz?

-Bacardığımız qədər yaxşı çıxış etməliyik. Futbolçularımız gənc və istedadlı oyunçulardır. Görüşə lazımı qədər hazırlaşmışıq, bizim üçün yaxşı motivasiyadır belə oyunlar. Ən önəmlisi odur ki, Premyer Liqaya vəsiqə qazansaq, hansı futbolçularımızın o səviyyədə olacağını da görəcəyik. Təbii ki, bizim üçün önəmli olan çempionatdır, ancaq kuboku da əldən buraxmaq fikrimiz yoxdur. “Qəbələ” Azərbaycanın ən önəmli klublarından biridir. Avropa Liqasında çıxış etmiş komandadır. Biizm üçün əlçatmaz səviyyədə olsalar da, meydanda aciz qalmaq istəmirik.

-Bir müddət “Qəbələ”də çalışmısınız. Sabiq komandanıza qarşı özünü isbat etmək və ya revanş kimi baxırsınız bu oyuna?

-“Qəbələ”də Elmar Baxşıyevin köməkçisi işləmişəm. Bundan əlavə, müxtəlif yaş qruplarında baş məşqçi kimi də çalışmışam. Revanş deməzdim. Bu gün “Araz Naxçıvan”dayamsa, əsas bu klubun uğurları barədə düşünməliyəm. Geridə qalan şeylər ikinci dərəcəlidir.

-Qəbələyə nə vaxt yollanırısınız? Heyətdə hər hansı bir ciddi itki var?

-Ayın 21-də yollanacağıq. Çox şükür ki, itkimiz yoxdur, hamı “Qəbələ” ilə döyüşə hazırdır (gülür).

-Rəhbərlik mərhələni keçəcəyiniz halda premya vəd edib?

-Adətən divizion klubunun Premyer Liqa təmsilçisini məğlub etməsinə yaxşı premya qoyulur. Ümid edirəm ki, oyuna az vaxt qala bizdə də belə bir şey olar. Ancaq hazırda mövzü gündəmdə deyil, bu barədə heç nə deyilməyib. İstənilən halda, bizim ağlımız “Qəbələ” ilə oyundadır, başqa heç nə düşünmürük.

Qeyd edək ki, “Araz Naxçıvan”  noyabrın 22-də Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində “Qəbələ” ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43