Dünya çempionatının formatında dəyişiklik edilə bilər.
İdmanxeber.com-un məlumatına görə, bu barədə FİFA-nın prezidenti Cianni İnfantino bildirib.
O, “Avro-2016″da çoxlu komandanın iştirak etməsinə baxmayaraq maraqlı turnir alındığını vurğulayıb. Əlavə edib ki, 2026-cı ildə dünya çempionatında 40 milli komanda iştirak edə bilər. Bu, daha çox azarkeşin cəlb edilməsinə səbəb olacaq.
Xatırladaq ki, hazırda mundialda 32 ölkə iştirak edə bilər.