Dünya futbolu

La Liqada yeni komanda

Növbəti mövsüm üçün La Liqaya yüksələn ilk klubun adı məlum olub.

İspaniya ikinci liqasının 36-ci turunda öz meydanında “Real Ovyedo”nu 1:0 hesabı ilə məğlub edən “Levante”  La Liqada oynamaq hüququ qazanıb.

Turnir cədvəlində 77 xalla lider olan komanda 3-cü pillə ilə xal fərqini 19-a çatdırıb və çempionatın sonuna 6 tur qalmış La Liqaya vəsiqəni təmin edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43