“Bakı”nın U-19 komandasının Fransanın Lans şəhərində təşkil olunmuş təlim-məşq toplanışı davam edir. Bu gün komanda birinci yoldaşlıq oyununu keçirib. “Lans”lı həmyaşıdları ilə maraqlı mübarizə şəraitində keçən oyun “Bakı”nın məğlubiyyəti ilə başa çatıb – 2:4.
Lans – Bakı – 4:2(3:1)
FK Bakı: S. Əliyev (Y. Şirinov 59), Ş. Məmmədov, Y. Hakimov, R. Ağaverdiyev, M. İlyasov, İ. Cəbiyev (R. Kərimov 67), Y. Bağırov, N. Dosayev (N. Qocayev 79), Ə. Əlimərdanlı, E. Sayılov, V. Namazəliyev (L. Qocayev 60)
Qollar: 3:1 Dosayev (44), 4:2 Əlimərdanlı (65)