Dünya futbolu

“Lokomotiv”in baş məşqçisi istefa verdi: “Müharibənin səbəbkarı olan bir ölkədə…”

Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə Moskva “Lokomotiv”inin baş məşqçisi Markus Gidsol istefa verib.

İdmanxeber.az-ın məlumatına görə, 52 yaşlı almaniyalı mütəxəssis Moskva təmsilçisinin ukraynalılara qarşı apardığı müharibəyə etiraz olaraq işindən ayrılmaq ərarına gəlib və bu barədə açıqlayıb:

“Müharibənin səbəbkarı olan bir ölkədə işimi davam etdirə bilmərəm. Bu, mənim dəyərlərimə uyğun gəlmir. İstefa verirəm”.

Qeyd edək ki, Markus Gidsol 2021-ci ilin oktyabr ayından “Lokomotiv”in baş məşqçisi vəzifəsində çalışırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43