Ötən gün AFFA-nın rəsmi saytından Mahir Emrelinin zədəli olduğu üçün millimizin qarşıdakı Avstriya və İsveç görüşlərində iştirak etməyəcəyi açıqlanıb.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, “Qalatasaray” oyunu sonrası yığmamızın üzvü yüngül ağrıları olduğunu deyib. Həkimlər də onun qarşıdakı oyunlarda risk edilməməsini uyğun görüblər.
Bu səbəbdən də Mahir Azərbaycan millisinin Avstriya və İsveç görüşlərində iştirak etməyəcək. Onun durumunun çox da ciddi olmadığı bildirilir.
Mahir Super Liqanın son turunda “Qalatasaray”a qarşı görüşə əsas heyətdə başlayıb və 79-cu dəqiqədə əvəzlənib. Oyun Konya klubunun 2:1 hesablı qələbəsi ilə sona çatıb.
Həsən Quluzadə

