Kateqoriyasız

“Mahir gələndən sonra Pekhart ehtiyatda oturmağa başladı”

“Legiya” və Polşa millisinin sabiq forvardı Yeji Podorojnik millimizin hücumçusu Mahir Emreli haqda danışıb.

İdmanxeber.az “TV Sport”a istinadən xəbər verir ki, veteran futbolçu Varşava klubunun sabiq hücumçusu haqda bunları deyib:

“Pekhart “Legiya” üçün önəmli forvard idi. O, birdən-birə əsas heyətdəki yerini itirdi. Çünki Emreli onu qabaqlamışdı. Mahir gələndən sonra Pekhart ehtiyat skamyada oturmağa başladı. Bu da çexiyalı forvardın psixologiyasını pozdu. Onu əvvəlki formasına qaytarmaq asan olmayacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43