Dünya futbolu

“Mançester Yunayted”in hücumçusu qayıtdı

“Mançester Yunayted”in hücumçusu Markus Reşford zədəsini sağaldıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, ingiltərəli hücumçu özünü yaxşı hiss edir və artıq komanda ilə məşqlərə başlayıb.

Bu mövsüm 25 yaşlı oyunçu “Mançester Yunayted”in heyətində bütün turnirlərdə 53 oyuna çıxıb, 29 qol vurub və 11 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43