Cənubi Amerikanın “Çempionlar liqası” olan Libertadores kubokunun finalında iki əzəli rəqib “Boka” və “River Pleyt” qarşı-qarşıya gələcək.
İdmanxeber.az-ın məlumatına görə, Argentinada baş verən məlum hadisələrə görə oyun İspaniyanın paytaxtı Madriddə keçiriləcək. İlk oyun “Boka”nın meydanında 2:2 hesabı ilə başa çatan qarşılaşmanın cavab oyunu 9 dekabrda “Real”ın stadionu “Santiaqo Bernabeu”da keçiriləcək. Argentinanın sabiq baş məşqçisi Dieqo Maradona isə bu qərarla razılaşmayıb. O, matçın Madriddə oynanmasına görə KONMEBOL təşkilatının rəhbəri Domingezi tənqid edib:
“KONMEBOL futbolun qanayan yarasıdır. Belə rəzalət olmaz. Təhlükəsizliyi təmin edin və matçı burada oynadın. Mən bir oyun izləmək üçün ailəmi Madridə aprmalıyam ? Başqa daha önəmli məsələlər üçün maliyyə vəsaitinin olmamasını deyir. Domingez olduğu yerə layiq biri deyil. Onun dünya futbolundan xəbəri yoxdur”.