Kateqoriyasız

Mariya Stadnik finalda

Polşanın paxtaxtı Varşavadakı güləş üzrə “Poland Open” turniri davam edir.

Bu gün mübarizəyə başlayan idmançılar arasında Azərbaycan təmsilçisi Mariya Stadnik də olub.

50 kq çəki dərəcəsində çıxış edən güləşçimiz əvvəlcə Emiliya Alina Vuk (Rumıniya) ilə qarşılaşıb və görüşdən qələbə ilə ayrılıb. Stadnikin növbəti rəqibi ABŞ-dan Erin Qolston olub. Təmsilçimiz Qolstonu adlayaraq, yarımfinala vəsiqə qazanıb. Bu mərhələdə isə Stadnik Mariya Tiumerekovanı (Rusiya) məğlub edib və finala yüksəlib.

Axşam seansında qızıl medal üzrə görüşə çıxacaq idmançımız Ukrayna təmsilçisi Oksana Livaçla qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Hacı Əliyev (70 kq) və Hacımurad Hacıyev (74 kq) bürünc medal qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Neftçi” Rəhman Hacıyevlə müqaviləni yenilədi, “Keşlə”yə icarəyə verdi

admin

“Sport24” – 3

admin

“Qarabağ” məşhurlardan öndə

admin