Kateqoriyasız

“Azərbaycanlı azarkeşlər Türkiyə millisini dəstəkləyəcək” – Elxan Məmmədov

AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov “Anadolu” agentliyinə açıqlama VERİB.

İdmanxeber.az-ın məlumatına görə, qurum rəsmisi Avro-2020-nin Bakıda keçiriləcək oyunları barədə danışarkən azarkeşlərin ölkəmizdəki matçlara marağını böyük olduğunu vurğulayıb:

“Türkiyə millisinin ilk görüşünə 20 min bilet satılıb. Hər oyun üçün 32 min bilet satışı nəzərdə tutulub. Son günlərdə satışın artacağını düşünürəm. Qardaş Türkiyə azarkeşlərini səbirsizliklə gözləyirik.

Azərbaycanlı azarkeşlər Türkiyə millisini dəstəkləyəcək. Coğrafi baxımdan türkiyəli fanatların Bakıya gəlməsi daha rahatdır. Çünki iki ölkə arasında gündə 5 uçuş təşkil olunur. Bunun özü də böyük üstünlükdür. Uels və İsveçrədən uçanlar ya xüsusi, ya da tranzit reyslə gəlməlidir. Amma qardaş Türkiyə azarkeşləri 2,5 – 3 saatlıq uçuşla Bakıya çata biləcəklər”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43