28 Dekabr 2024
Kateqoriyasız

“Matçı səbirsizliklə gözləyirik” – “Omoniya”nın baş məşqçisi

Kiprin “Omoniya” komandasının baş məşqçisi Henninq Berq Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

O, bu gün keçirilən mətbuat konfransında bunları söyləyib:

“Matçı səbirsizliklə gözləyirik. Evdə azarkeşlərimiz qarşısında oynamaq bizim üçün yaxşıdır. Görüşün çətin keçəcəyini bilirik. Qalib gəlməyə çalışacağıq. Bilirik ki, bunu etsək, qrupdan çıxmaq şansımız artacaq. Doğma meydanda qələbə qazanmaq əla olardı. Harada mübarizə aparmağımızdan asılı olmayaraq, meydana 3 xal üçün çıxırıq. “Qarabağ” təsnifat mərhələsində AEL-i mübarizədən kənarlaşdırıb, qrupdakı ilk matçında isə “Bazel”lə heç-heçə edib. Yaxşı komandaya qarşı çətin oyun gözləyirik.

Ötən ilki qrupumuz çətin idi. İndiki rəqiblərimiz isə səviyyəmizə uyğundur. Bizə görə, “Bazel” qrupun favoritidir. Biz onlarla rəqabət aparmaq və əlimizdən gələni etmək üçün buradayıq”.

Qeyd edək ki, sentyabrın 30-da Nikosiyadakı GSP stadionunda baş tutacaq “Omoniya” – “Qarabağ” matçına Bakı vaxtı ilə 23:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43