Kateqoriyasız

“Yuventus” “Çelsi”yə qalib gəldi, “Barselona” uduzdu

Çempionlar Liqasında qrup mərhələsinin II turuna yekun vurulub.

İkinci oyun günündə 8 qarşılaşma baş tutub.

Gecənin ən maraqla gözlənilən matçında “Yuventus” turnirin son qalibi “Çelsi”yə minimal hesabla qalib gəlib – 1:0.

“Bavariya” Kiyev “Dinamo”sunu darmadağın edib – 5:0. “Barselona” səfərdə “Benfika”ya böyük hesabla uduzub – 0:3. “Mançester Yunayted” Kriştiano Ronaldonun son dəqiqə qolu ilə “Vilyarreal”a qalib gəlib.

UEFA Çempionlar Liqası
Qrup mərhələsi
II tur

29 sentyabr

H qrupu

Zenit (Rusiya) – Malmö (İsveç) – 4:0
Qollar:
 Klaudinyo, 9, Kuzyayev, 49, Sutormin, 80, Vendel, 90+4

Yuventus (İtaliya) – Çelsi (İngiltərə) – 1:0
Qol:
 Kyeza, 46

F qrupu

Atalanta (İtaliya) – Yanq Boyz (İsveçrə) – 1:0
Qol: 
Pessina, 68

Mançester Yunayted (İngiltərə) – Vilyarreal (İspaniya) – 2:1
Qollar: 
Telleş, 60, Ronaldo, 90+5 – Alkaser, 53

E qrupu

Benfika (Portuqaliya) – Barselona (İspaniya) – 3:0
Qollar:
 D.Nunyes, 3, 79 (pen.), R.Silva, 69

Bavariya (Almaniya) – Dinamo (Kiyev, Ukrayna) – 5:0
Qollar: 
Levandovski, 12, 27, Qnabri, 68, Sane, 74, Şupo-Motinq, 87

G qrupu

Volfsburq (Almaniya) – Sevilya (İspaniya) 1:1
Qollar: 
Şteffen, 49 – Rakitiç, 86 (pen.)

Zalsburq (Avstriya) – Lill (Fransa) – 2:1
Qollar:
 Adeyemi, 35 (pen.), 53 (pen.) – B.Yılmaz, 62


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43