Dünyadan

“Memfis”in ulduzu mövsümü bağladı

”Memfis Qrizliz”in oyun qurucusu Ca Morant zədələnib.

İdmanxeber.az-ın məlumatına görə, 24 yaşlı oyunçu çiynindən aldığı zədəyə görə mövsümün geri qalanında oynaya bilməyəcək.

Morant 2019-cu ilin draftında “Memfis Qrizliz” tərəfindən 2-ci sıradan seçilib. Ca bu il çıxdığı 9 oyunda 25.1 xal və 8.1 assist ortalamasıyla oynayırdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43