İdman

Məşhur futbolçu baş məşqçi oldu

Məşhur rumıniyalı futbolçu Adiran Mutu məşqçi karyerasına başlayıb.

İdmanxeber.com-un məlumatına görə, 39 yaşlı veteran hücumçu “Voluntari”nin baş məşqçisi təyin edilib.

Rumıniya klubu yüksək liqada qalmaq uğrunda mübarizə aparır.

Qeyd edək ki, Rumıniya millisində 73 oyun (33 qol) keçirən Mutu “Çelsi”, “Yuventus”, “Fiorentina” və “Parma” kimi klublarda da oynayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43