İdman

Məşhur idmançı tələbəsini zorladı və …

Avstraliya və Cənubi Afrika idmaçısı dünyanın birinci tennisçisi olmuş Bob Xyuitt zorlamada ittiham olunur. 

İdmanxeber.com-un məlumatına görə, 75 yaşlı idmançıdan 1990-cı illərdə Xyuittin haqqında tennis dərsləri keçdiyi qadın şikayət edib.

Qadının sözlərinə görə, o, 14 yaşdan 17 yaşa qədər tennisçinin yanında məşq edib və hər dəfə təcavüzə məruz qalıb.

Bundan əvvəl Xyuittiyə qarşı eyni ittihamlar iki dəfə irəli sürülüb. Ona cinayət işi açılıb. İdmançını bu səbəbdən 2012-ci ildə 1992-ci ildən üzvü olduğu Beynəlxalq tennis şöhrətindən məhrum ediblər.

Xyuitt kişi cütlüklərində “Böyük dəbilqə” yarışlarının doqquzqat qalibidir. O, həmçinin beş dəfə Uimbldon qalibi olub. 1976-cı ilin martında Bob Xyuitt Peşəkar Tennis Assosiasiyasının reytinqinə başçılıq edib. 1964-cü ilə qədər yarışlarda Avstraliyanı təmsil edən Xyuitt, sonra CAR-a köçüb və bu ölkə bayrağı altında çıxış etməyə başlayıb. Karyerası ərzində 600 min dollardan çox mükafat qazanıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43