Dünyadan

Məşhur klub şokda: Futbolçuda xərçəng tapıldı

İspaniyanın “Atletik” klubunun futbolçusu Yerey Alvarez xərçəng xəstəliyinə tutulub.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klub prezidenti Xose Urrutia mətbuat konfransında bildirib.

İlkin diaqnoza görə, onun testis xərçəngi olduğu, lakin ölümcül olmadığı açıqlanıb.

21 yaşlı futbolçu bir neçə günə əməliyyat olunacaq.

Qeyd edək ki, La Liqa klubunda 17 oyuna çıxan Alvarez 2 məhsuldar ötürmə ilə yadda qalıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43