Avropa çempionatının əsas mərhələsində çıxış edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununu keçirib.
Ağatahir Əzimovun rəhbərlik etdiyi kollektiv Hollandiya ilə qarşılaşıb. Sloveniyadakı Podçetrtek İdman Sarayında keçirilən qarşılaşma Azərbaycan yığmasının ardıcıl ikinci məğlubiyyəti ilə başa çatıb – 1:6.
Milli ilk görüşdə Kiprə 1:7 hesabı ilə uduzmuşdu. Hollandiya isə Sloveniyanı 5:4 hesabı ilə məğlub etmişdi. Ardıcıl iki məğlubiyyətdən sonra millimiz növbəti mərhələyə vəsiqə qazanmaq şansını itirib. U-19 turnirdə son oyununu martın 30-da, saat 21:00-da Sloveniya yığmasına qarşı keçirəcək.