Kateqoriyasız

Milli Turinə getdi – Nuriyevsiz

DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisi bu matçın keçiriləcəyi İtaliyaya yola düşüb.

Yığma saat 10:00-da çarter reysi ilə Turinə yollanıb. Yığmanın heyətində zədələnən Qara Qarayev və Ukraynanın “Minay” klubundan dəvət alan Anatoli Nuriyev yoxdu. İlk dəfə yığmaya çağırılan futbolçu birbaşa Ukraynadan Turinə yola düşəcək.

Martın 24-də “Yuventus”un stadionunda baş tutacaq Portuqaliya – Azərbaycan matçı saat 23:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43