Kateqoriyasız

Milli üzvü rəmzi “11-lik”də – FOTO

Ukraynanın “Dnepr” klubunun yetişdirdiyi futbolçulardan ibarət rəmzi komanda açıqlanıb.

“Sport.ua”nın hazırladığı rəmzi “11-lik”də Azərbaycan milli komandasının müdafiəçisi Pavel Paşayev də yer alıb.

Hazırda Ukraynanın “Aleksandriya” klubunda çıxış edən futbolçu 16 yaşında “Dnepr”in akademiyasına keçib. O, 2014-cü ildə “Dnepr”dən ayrılıb.

32 yaşlı müdafiəçi 2015-ci ildən Azərbaycan millisinə dəvət alır. O, yığmada 21 oyun keçirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43