İdman

Millimiz bu dəfə də biabır oldu

Bu gün 21 yaşadək futbolçular arasında Avro-2019-un seçmə mərhələsinin növbəti oyunları keçirilir.
İdmanxeber.com-un məlumatına görə, 5-ci qrupda mübarizə aparan millimiz də meydana çıxıb.
Samir Ələkbərovun rəhbərlik etdiyi yığmamız Almaniyanı qəbul edib və 0:7 hesabı ilə uduzub.
Qeyd edək ki, buna qədər meydana çıxdığı hər 3 oyunda uduzaraq qrup sonuncusu olan millimiz ötən ay almanlarla keçirilən ilk görüşdə 1:6 hesabı ilə məğlub olub.


9 noyabr
Azərbaycan – Almaniya – 0:7 
Qol: 
Hartel, 2, 46, 58; Amiri, 14, Seydel, 28, Klosterman, 60, Öztunalı, 84
Baş hakim: Daniyar Saxi
Baş hakimin köməkçiləri: Alibek Aubakirov, Yevgeni Belski
Dördüncü hakim: Bulat Sarıyev (hamısı Qazaxıstan)
Bakı. “Dalğa Arena” stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43