Kateqoriyasız

Millimiz irəlilədi – YENİ REYTİNQ

Azərbaycan millisi FİFA reytinqində 2 pillə irəliləyib.

İdmanxeber.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu milli hazırda 1151 xalla 121-ci sırada qərarlaşıb.

Türkiyə yığması 1465,38 xalla 44-cüdür. “Ay-ulduzlular” bir pillə irəliləyib.

Reytinq sıralamasında Braziliya 1-ci sıradakı yerini qoruyub – 1840,77. Argentina 2-ci, Fransa isə 3-cüdü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43