İdman

Millimiz Moldovaya qarşı

Futzal üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyununa çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, komanda Moldova yığması ilə qarşılaşacaq. Bakı İdman Sarayında keçiriləcək görüş saat 18:30-da başlayacaq. Oyunu FİFA referiləri Yusif Nurullayev və Elçin Səmədli idarə edəcək. Üçüncü hakim Hikmət Qafarlı olacaq.

Qeyd edək ki, matç “CBC Sport” televiziya kanalı vasitəsi ilə canlı yayımlanacaq.

29 mart

Yoxlama oyunu

18:30. Azərbaycan – Moldova


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43