Milli komanda

Millimiz tarix yazdı!

Bu gün futzal üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinə yekun vurulacaq.

İdmanxeber.com-un məlumatına görə, Tino Peresin başçılıq etdiyi milli komandamız doğma azarkeşləri önündə Hollandiya yığması ilə qarşılaşacaq.

Almere şəhərində baş tutan qarşılaşmada rəqibinə 5:1 hesabı ilə qalib gələn komandamız bugünkü matçın favoriti hesab olunur.

Əgər Bakıda sürpriz qeydə alınmasa millimiz ilk dəfə dünya çempionatının final mərhələsində oynamaq hüququ əldə edəcək.

12 aprel

Dünya çempionatının pley-off mərhələsi, cavab oyunu

20:00. Azərbaycan – Hollandiya – 4:4 
Qollar: 
Rizvan Fərzəliyev,  12 (1:0),Keyar, 14 (1:1), Amedeu, 15 (2:1), Velseboer, 16 (2:2), Eduardo, 20 (3:2), Mossaoui, 26 (3:3), Rafael, 26 (4:3), Attaibi, 28 (4:4)
Hakimlər: Cerald Bauemfeind (Avstriya), Oleq İvanov (Ukrayna), Moshe Bohbot (İsrail)
İlk oyun – 5:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43