Kateqoriyasız

Millimiz Türkiyə ilə qarşılaşacaq

Bu gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında final mərhələsi 2023-cü ildə Maltada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkü atılıb.

İdmanxeber.az-ın məlumatına görə, püşkün nəticəsinə əsasən, yığma Türkiyə, Bolqarıstan və Lüksemburq komandaları ilə 2-ci qrupda mübarizə aparacaq.

​Qrup mərhələsinin oyunları gələn ilin sentyabr ayında Bolqarıstanda təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43