İdman

Millimizin hücumçusu “Beşiktaş”da!

Voleybolçu qadınlardan ibarət Azərbaycan millisinin üzvü Marqarita Əzizova karyerasını Türkiyədə davam etdirəcək.

Hücumçumuz “Beşiktaş” klubu ilə müqaviləyə imza atıb. Son mövsümü Bakının “Telekom” klubundan keçirən 24 yaşlı Əzizova 186 sm boya malikdir. Super Liqanın son qalibi olan voletbolçumuz ölkə birinciliyi və Çempionlar Liqasındakı uğurlu oyunu ilə yadda qalıb.

Qeyd edək ki, “Beşiktaş”ın heyətinə qatdığı legionerlər sırasında Əzizova ilə yanaşı, Ukrayna millisinin hücumçusu Oleysa Rıxlyuk, rusiyalı hücumçu Olqa Biryukova və Polşa millisinin blokçusu Maja Tokarska kimi məşhur oyunçular da var.

Xatırladaq ki, “Beşiktaş” ötən mövsümdə də Azərbaycan yığmasının oyunçunu sırasına qatmışdı. Təcrübəli blokçumuz Kseniya Poznyak bu klubun uğurları üçün çalışıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43