Kateqoriyasız

Millimizin sabiq futbolçusu karyerasını erkən başa vurur

Azərbaycan millisinin sabiq üzvü Məhəmməd Mirzəbəyov karyerasını başa vurur.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, müdafiəçi bu qərarı “Səbail”dən ayrıldıqdan sonra verib.

31 yaşlı futbolçuya əyalət klublarının birindən təklif gəlsə də, şərtlər onu qane etməyib. Mirzəbəyov başqa təkliflər olmadığından bu addımı atıb.

Qeyd edek ki, bir neçə gün bundan öncə “Səbail” onunla yolları ayırmaq qərarına gəlib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43