Dünya futbolu

Millimizin üzvü komandasından qovuldu

“Bursaspor”da forma geyinən millimizin futbolçusu Dəniz Yılmazın son oyunlarda iştirak etməməsinin səbəbi məlum olub.

30 yaşlı futbolçu və bir neçə təcrübəli oyunçu yeni baş məşqçi Adnan Örnək tərəfindən əsas komandadan uzaqlaşdırılıb. Həmin futbolçuların mövsümün sonunda “yaşıl timsahlar”dan ayrılacağı gözlənilir.

Dəniz Yılmaz bu mövsüm “Bursaspor”un heyətində 4 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43