Kateqoriyasız

Millimizlə oyun öncəsi Portuqaliyada ciddi itki

Portuqaliya millisi DÇ-2022-nin seçmə mərhələsinin Azərbaycan yığması ilə oyununa ciddi itki ilə çıxa bilər.

“Lill”də çıxış edən Renatu Sançeş zədələnib. 23 yaşlı yarımmüdafiəçi Fransa kubokunun 1/8 final mərhələsinin PSJ ilə matçından (0:3) öncəki məşqdə sol ayağından zədələnib. Onun millinin toplanışına qatılıb-qatılmayacağı bəlli deyil.

Martın 24-də İtaliyanın Turin şəhərindəki “Yuventus” stadionunda oynanılacaq Portuqaliya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43