Kateqoriyasız

Millinin üzvü “Sumqayıt”da – Rəsmi

2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” FK daha bir futbolçunu heyətinə cəlb edib. 

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, komanda ötən mövsümü Slovakiyanın yüksək liqa təmsilçisi “Sered”də keçirmiş Şimali Makedoniya millisinin üzvü Todor Todoroski ilə 2 illik müqavilə imzalayıb. 23 yaşlı cinah müdafiəçisi “Sumqayıt” FK-da “12” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Todor Todoroski karyerası ərzində Şimali Makedoniyanın “Vardar”, Xorvatiyanın “Osiyek”, “Sibernik”, və Serbiyanın “Radniçki” klubunda çıxış edib. Hazırda Şimali Makedoniyanın əsas milli komandasının şərəfini qoruyan Todoroski həmçinin U-17, U-18, U-19, U-20, U-21 milli komandalarına da cəlb olunub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43