Dünyadan

Miron Markeviç: “Qarabağ” azarkeşləri bizimkilərdən çoxdursa, daha nədən danışaq?”

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Dnepr”in baş məşqçisi Miron Markeviç Ukrayna mətbuatına açıqlama  verib.

İdmanxeber.com-un məlumatına görə, təcrübəli mütəxəssis bu fikirləri söyləyib:

“Hələ Çempionlar Liqası başlamazdan əvvəl xahiş etdim ki, ev oyunlarımızı Lvovda keçirək. Ancaq bu barədə qərarı klub rəhbərliyi verir.

Yaxşı olardı ki, Avropa Liqasında ev oyunlarımızı elə Lvovda keçirək. Düzdür, Kiyevdə də “Denpr”i sevirlər. Ancaq gördüyünüz kimi, orada boş tribunalar önündə oynayırıq. Bakıda və Fransada oynamaq bizə xoş oldu. Ancaq Kiyevdə keçirdiyimizm matçda  “Qarabağ” azarkeşləri bizimkilərdən çoxdursa, daha nədən danışaq?  Təsəvvür edin, 70 minlik azarkeş tutumu olan stadionun boş tribunları önündə oynayırsan. Klub rəhbərliyindən xahiş etmişəm ki, “Dinamo”nun stadionunda oynayaq. Orada bizə daha yaxşı olar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43