Dünyadan

“Molde” – “Qarabağ” oyununda anşlaq olacaq

UEFA Avropa Liqasının qrup mərhələsinin “Molde” – “Qarabağ” oyununda anşlaq olacaq.

İdmanxeber.az-ın məlumatına görə, “Molde” fanatları bu oyuna böyük maraq göstərir. Norveç mətbuatı yazır ki, “Molde” azarkeşləri bu oyunun əhəmiyyətini yaxşı anlayır və oyun günü 11249 azarkeş tutumuna malik “Aker” stadionu tam dolacaq.

Qeyd edək ki, meydan sahibləri təmsilçimizi dəstəkləmək istəyən azarkeşlər üçün stadionda 737 bilet ayrıb. 

Xatırladaq ki, noyabrın 30-da keçiriləcək “Molde” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43