Kateqoriyasız

Namik oynadı, komandası qələbə qazana bilmədi

Türkiyə 1-ci liqasında 28-ci turun oyunları keçirilir.

İdmanxeber.az-ın məlumatına göre, millimizin üzvü Namik Ələskərovun formasını geyindiyi “Bursaspor” da növbəti matçına çıxıb. “Boluspor”la qarşılaşan Bursa təmsilçisi heç-heçəyə nail olub – 1:1.

Namik də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 74-cü dəqiqədə əvəzlənib.

“Bursaspor” 28 turdan sonra 25 xalla 19 kollektiv arasında 18-ci pillədə qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43