Kateqoriyasız

Namiq qol vurdu, komandası uduzdu – Video

Türkiyə 1-ci divizionunda 12-ci turun oyunları keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, Namik Ələsgərovun formasını geyindiyi “Bursaspor” “Kocaelispor”la qarşılaşıb. Milli komandamızın futbolçusunun start heyətində meydana çıxdığı görüş “Kocaelispor”un 2:1 hesablı qələbəsilə başa çatıb.

​Ələsgərov 61-ci dəqiqədə penaltidən fərqlənib. O, 84-cü dəqiqədə əvəzlənib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43