Kateqoriyasız

“Neftçi” azarkeşlərini küsdürüb, onlar da…

Azərbaycan Premyer Liqasında 16-cı turunda qeydə alınan azarkeş sayı bəlli olub.

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ” – “Sumqayıt” matçının təxirə salınmasının ardından baş tutan 3 görüşdə ümumilikdə 1900 tamaşaçı tribunalardan oyunu izləyib.

Turun ən yaxşı göstəricisi Qəbələdə qeydə alınıb. “Qəbələ” – “Səbail” matçını 800 tamaşaçı izləyib.

Turun ən bərbad göstəricisi isə “Bakcell Arena”da keçirilən “Neftçi” – “Keşlə” matçına təsadüf edir. Son çempionun oyununu stadiondan cəmi 500 azarkeş seyr edib.

“Qəbələ” – “Səbail” – 800 tamaşaçı

“Zirə” – “Sabah” – 600 tamaşaçı

“Neftçi” – “Keşlə” – 500 tamaşaçı

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43