Kateqoriyasız

Renat oynadı, komandası “Braqa”ya uduzdu

Azərbaycan millisinin üzvü Renat Dadaşovun formasını geyindiyi “Tondela” Portuqaliya çempionatında növbəti matçını keçirib.

İdmanxeber.az-ın məlumatına görə, komanda 23-cü tur çərçivəsində “Braqa” ilə qarşılaşıb və məğlub olub – 0:1.

Renat oyuna start heyətdə başlayıb və 68-ci dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Tondela” 20 xalla 16-cı sıradadır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43