İdman

“Neftçi” azarkeşlərini düşünərək bunu etdi

“Neftçi” futbol klubu azarkeşlərə sürpriz edib.

İdmanxeber.com-un məlumatına görə, “Neftçi”nin Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qəbələ” ilə cavab qarşılaşmasına giriş sərbəst olacaq.

Aprelin 18-də “Bakcell Arena”da keçiriləcək görüş saat 20:00-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” səfərdə keçirdiyi ilk matçda 2:1 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43