Kateqoriyasız

“Neftçi” braziliyalı futbolçu ilə yollarını ayırdı

“Neftçi” klubu sol cinah müdafiəçisi Tallison Diasla yollarını ayırıb.

Bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb. 29 yaşlı braziliyalı futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Ötən ilin yayında “Neftçi”yə transfer olunmuş Tallison 22 oyunda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43