Bu gün UEFA Avropa Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.
İdmanxeber.com-un məlumatına görə, Avroliqada mübarizəni davam etdirən "Neftçi" Gürcüstanda "Çixura"nın qonağı olacaq.
Bakıda keçirilmiş ilk oyunda qolsuz heç-heçəyə razı olan tərəflər pley-off mərhələsinə adlayacaq komandanın adını "Mixail Mesxi" stadionunda müəyyənləşdirəcəklər.
Paytaxt klubunu Gürcüstanda istənilən qollu heç-heçə də qane edir ki, tur adlasın.
Avropa Liqası, III təsnifat mərhələsi
22:00. Çixura – Neftçi 2:3
Qol: Nfor, 17, 27, 38, Qabedava, 30, 50
Baş hakim: Tamaş Boqnar (Macarıstan).
Tiflis. "Mixail Mesxi" stadionu.